Əlaqə Arxiv
news Image
2017.10.23
09:55
| A A A
Süd içmədiyinə görə evdən qovulan qızın cəsədi tapıldı - FOTO

Movqe.az milli.az-a istinadla bildirir ki, hadisə Amerikanın Texas ştatının Riçardson şəhərində baş verib.

37 yaşlı Uesli Metyuz 3 yaşlı qızı Şerin Metyuzu sütünü içib bitirmədiyinə görə cəzalandırmaq məqsədi ilə çölə qoyub.

15 dəqiqə sonra qızını qoyduğu yerə gələn ata onu tapa bilməyib. O, təxminən 5 saat sonra narahat olaraq polislərə xəbər verib.

Uşağını təhlükəyə atdığına görə Uesli Metyuz saxlanılıb. Qızın cəsədi 3 həftə sonra tapılıb. Onun ölüm səbəbi hələ müəyyənləşdirilməyib. Araşdırma aparılır.

Sizin Reklam Yeriniz