Əlaqə Arxiv
news Image
2017.10.25
17:27
| A A A
Qubada 3 evdən oğurluq edən şəxs tutuldu

Oktyabrın 23-də Quba rayon Qorxmazoba kəndindəki evlərin birindən oğurluq edilib.

Daxili işlər nazirliyindən Movqe.az-a verilən xəbərdə deyilir ki, sahibinin evdə olmadığından istifadə edərək pəncərədən daxil olmaqla evdən 1100 manat və 100 ABŞ dolları, habelə qızıl əşyalar və təqaüd kartını oğurlayıb.

Oğurluq etməkdə şübhəli bilinən kənd sakini Sahil Mursalovu saxlanılıb və o, əməlini etiraf edib.

Onun oktyabrın 20-dən 24-dək olan müddətdə kənd ərazisindəki daha 3 evdən ümumilikdə 3 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 2 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 2 mobil telefon oğurladığı da müəyyən edilib.

Oğurlanan qızıl zinət əşyaları, pul, təqaüd kartı və mobil telefonlar S.Mursalovun yaşadığı evin zirzəmisində gizlətdiyi yerdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Sizin Reklam Yeriniz