Əlaqə Arxiv
news Image
2017.12.05
10:55
| A A A
Telman İsmayılov rəsmən qətldə ittiham edildi

Azərbaycanlı iş adamı Telman İsmayılova qarşı qiyabi olaraq qətl törətmək ittiham irəli sürülüb. 

Movqe.az xəbər verir ki, bu barədə “TASS”-a Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

İstintaq hesab edir ki, “Çerkizov” bazarının keçmiş sahibi 2016-ci ildə Moskvada sahibkarlar Vladimir Savkin və Yuriy Brılevin qətlinin təşkilatçısı olub. 

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs öz qardaşları Rafiq və Vaqif İsmayılovla birgə qətl planı hazırlayıb. Qətldə təqsirləndirilən Rafiq İsmayılov və Mehman Kərimov həbs olunub, Telman və Vaqif İsmayılovlar barəsində isə nəzarət altında saxlanılmaqla qiyabi olaraq ehtiyat tədbiri seçilib.

S.Petrenko əlavə edib ki, T.İsmayılovun beynəlxalq axtarışının təşkili üçün müvafiq materiallar RF Baş Prokurorluğuna göndərilib.

azvison.az

Sizin Reklam Yeriniz