Əlaqə Arxiv
news Image
2017.12.08
17:46
| A A A
7 ev və 2 avtomobildən oğurluq edən keçmiş məhkum saxlanıldı

Gəncədə oğurluq edən keçmiş məhkum saxlanılıb.

Movqe.az milli.az-a istinadla xəbər verir ki, Gəncə şəhər Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon ərazisindəki evlərin birindən 50 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 30-da əvvəllər məhkum olunmuş Muraz Əzizovla birgə rayon ərazisindəki çay evlərinin birindən televizor və musiqi mərkəzi oğurlamaları da müəyyən edilib.

Görülən tədbirlərlə M.Əzizov da tutulub. Onun cari il avqust- noyabr ayları ərzində rayon ərazisindəki 7 evdən, habelə 2 avtomobildən pul, məişət əşyaları, təmir-tikinti alətləri, su sayğacı, akkumulyator və velosiped oğurlaması da müəyyən edilib.

Sizin Reklam Yeriniz