Əlaqə Arxiv
news Image
2017.12.20
10:55
| A A A
Bakıda arvadını öldürən kişi ölkədən qaçmaq istəyərkən tutulub - YENİLƏNİB

Bakıda arvadını qətlə yetirərək hadisə yerindən qaçan şəxs ölkə ərazisini tərk etmək istəyərkən tutulub.

Movqe.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Rasim Çəltikov Rusiyaya qaçmaq istəyərkən tutularaq istintaqa təhvil verilib.

***

09.55

 

Bakıda qətl törədilib.

Movqe.az-ın məlumatına görə, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədən, korpus 124, ev 61 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü Rasim Qara oğlu Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə Həsən qızı Çəltikovaya boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib.

 

Qadın hadisə yerində keçinib. R. Çəltikov hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

APA

Sizin Reklam Yeriniz