Əlaqə Arxiv
news Image
2017.12.20
13:24
| A A A
Şirvanda itkin düşən qardaş-bacı 4 ay sonra Bərdədə tapılıb

Şirvanda itkin düşən qardaş-bacı tapılıb.

Movqe.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundanAPA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri, 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.

Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan şəhər Polis Şöbəsinə müraciət edib. Polis şöbəsinin cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

Sizin Reklam Yeriniz