Əlaqə Arxiv
news Image
2017.12.20
18:18
| A A A
Lənkəran sakinin üzərində 3 kq-a yaxın həşiş qətranı aşkarlanıb

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Azər Mehdiyev saxlanılıb.

Daxili İşlər Nairliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun üzərindən içərisində narkotik vasitə olması şübhə doğuran 4 bağlama aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 2 kiloqram 755 qram həşiş qətranı olması barədə rəy verilib.

Məlum olub ki, narkotik vasitə Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilib və rayonun Şahağacı kəndi ərazisindəki yarımçıq tikilidə gizlədilib. Azər Mehdiyev narkotik maddəni həmin yerdən götürdükdən sonra polis tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Trend

 

Sizin Reklam Yeriniz