Əlaqə Arxiv
news Image
2017.12.21
13:10
| A A A
Ölkəyə gizli gətirilən telefonlar tapıldı

Avtomobildə gizlədilən mobil telefonlar aşkarlanıb. Movqe.az-ın Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Tovuzda "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin dam örtüyünün altında 8 ədəd "Samsung Galaxy J3-6" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz