Əlaqə Arxiv
news Image
2017.12.22
12:39
| A A A
Həyat yoldaşını öldürərək ölkədən qaçmaq istəyən şəxs tutulub

Həyat yoldaşını öldürərək ölkədən qaçmaq istəyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, dekabrın 20-də Binəqədi qəsəbəsində yaşayan Rasim Çəltikov evində münaqişə zəminində arvadı Arifə Çəltikovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib, nəticədə qadın hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən R.Çəltikovun getdiyi istiqamət müəyyən edilib. O, Xaçmaz rayonu ərazisində “Yalama” Sərhəd Keçid Məntəqəsində Binəqədi RPİ-nin 4-cü Polis Bölməsi və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Sizin Reklam Yeriniz