Əlaqə Arxiv
news Image
2017.12.27
12:10
| A A A
Bakıda iki nəfəri bıçaqlayan şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlaçlığa ağır zərər vurmada təqsirləndirilən Əkbər Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Movqe.az report-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 9-na təyin edilib.

Qeyd edək ki, Ə.Məmmədov bu il avqust ayında Bakının Nizami rayonunda 2 nəfəri bıçaqlayıb. Belə ki, o, 1990-cı il təvəllüdlü Tural Səfərzadə və 1975-ci il təvəllüdlü İslam Rəşidovu bıçaqlayaraq qaçıb. Daha sonra 25 yaşlı Ə.Məmmədov tutularaq istintaqa təhvil verilib.

Onun hadisəni mübahisə zəminində sərxoş vəziyyətdə törətdiyi bildirilir.

Sizin Reklam Yeriniz