Əlaqə Arxiv
news Image
2017.12.28
11:20
| A A A
Xızıda 132 ədəd hərbi sursat aşkarlanıb

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan Movqe.az-a daxil olan məlumata əsasən, dekabrın 27-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 132 ədəd partlamamış hərbi sursat (PHS), 177 ədəd partlamış-yanmış mərmi qalıqları və 1452 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 348 015 kv.m (34.80 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 106 gün ərzində 24 082 ədəd partlamamış hərbi sursat (PHS), 15 742 ədəd partlamış-yanmış sursat qalıqları və 90 071 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 76 920 693 kv.m (7 692 ha) ərazi yoxlanılıb.

Sizin Reklam Yeriniz