Əlaqə Arxiv
news Image
2017.12.28
11:50
| A A A
31 yaşlı kişi bazarda naməlum şəxslər tərəfindən döyülüb

Tovuz rayonunda 31 yaşlı kişi döyülüb. Movqe.az-ın məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən bazarda baş verib.

Rayonun Qovlar qəsəbə sakini, 1986-cı il təvəllüdlü Nəsibov Nakif Bəşir oğlu bazarın ərazisində naməlum şəxslər tərəfindən döyülüb. N.Nəsibov halsız vəziyyətdə küçədə aşkar edilib və təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada ona qapalı kəllə beyin travması və baş nahiyəsinin deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz