Əlaqə Arxiv
news Image
2018.02.08
13:20
| A A A
Şəmkir sakini bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1993-cü il təvəllüdlü Abbaslı Nuran Nurəddin oğlu qarın nahiyəsinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. N. Abbaslının kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz