Türkiyə dövlətinin axtarışa verdiyi şəxs Bakıda tutuldu
Türkiyə hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş şəxs Bakıda tutulub.
Movqe.az report-a istinadən xəbər verir ki, Türkiyə vətəndaşı, 45 yaşlı İshak Mehmet Kağnıcıoğlu ölkəsində quldurluq, saxta pul hazırlanması və soyğunçuluq maddələri ilə axtarışda olub. Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları onu tutub.
Onun Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.