Əlaqə Arxiv
news Image
2018.04.05
13:29
| A A A
Əziz Orucov azadlığa buraxılıb

Bu gün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə "Kanal 13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun kassasiya şikayətinə baxılıb.

Bu barədə  Ə.Orucovun vəkili Cavad Cavadov məlumat verib. Vəkilin sözlərinə görə, Əziz Orucovun ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2-ci maddəsi iləonun əməlində cinayət tərkibi olmadılğına görə qərar ləğv olunub, həmin hissədə iş üzrə icraata xitam verilib.

 

Cinayət Məcəlləsinin 308.2-ci maddəsi 308.1-ci maddəsinə tövsif olunmaqla barəsində 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70- ci maddəsi tətbiq olunaraq 3 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunub.

Sizin Reklam Yeriniz