Əlaqə Arxiv
news Image
2018.04.19
20:30
| A A A
Ötən il DİN müvəqqəti saxlanma yerlərinin 42 əməkdaşını cəzalandırıb

 "Daxili İşlər Nazirliyinin məlumatına əsasən, xidməti vəzifələrinin icrasında nöqsanlara yol verdiklərinə görə müvəqqəti saxlanma yerlərinin 42 əməkdaşı intizam qaydasında cəzalandırılıb".

“Movqe” xəbər verir ki, bu barədə Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.
Məruzədə qeyd olunub ki, onlardan da 8 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub, 1-i tutduğu vəzifədən azad edilib, 33 əməkdaş barəsində digər tənbeh tədbirləri görülüb.
Bundan başqa, keçən il şərəf və layəqətin müdafiəsi hüququnun pozulması ilə bağlı Müvəkkilin ünvanına 571 müraciət daxil olub.
Həmin müraciətlərdə, əsasən, dövlət qurumlarının və yerli icra orqanlarının hakimiyyət səlahiyyətlərinə malik vəzifəli şəxsləri, habelə müəssisə və təşkilatların vəzifəli şəxsləri və əməkdaşları tərəfindən vətəndaşa qarşı kobud rəftar, təhqir, fiziki və ya mənəvi təzyiqlərə məruz qoyma, etik davranış qaydalarının pozulması, habelə saxlanılan və ya barəsində təhqiqat və ya istintaq aparılan şəxslərə qarşı kobud rəftar kimi hallar barədə məlumat verilib. Bu halların yoxlanılması ilə Müvəkkilin səlahiyyətli dövlət qurumlarına tapşırıqları üzrə aparılan yoxlamalar zamanı şikayət öz təsdiqini tapdığı halda, müvafiq tədbirlər görülüb, zəruri hallarda günahkar şəxslər intizam qaydasında cəzalandırılıb.
Qeyd edək ki, illik məruzə Milli Məclisin aprelin 24-də keçirilcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

Sizin Reklam Yeriniz