Əlaqə Arxiv
news Image
2018.04.25
09:22
| A A A
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

Movqe.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 7, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Sizin Reklam Yeriniz