Əlaqə Arxiv
news Image
2018.04.27
14:15
| A A A
Bakıda qonşusunu döyüb öldürən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şöhrət Qədimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş. Qədimov 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, 2016-cı ilin dekabr ayında Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Qədimov Şöhrət Zülfani oğlu qonşusu Şeyda Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.

Hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Ş.Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham olunur.

Sizin Reklam Yeriniz