Əlaqə Arxiv
news Image
2018.05.03
12:57
| A A A
Ötən gün 6 kq narkotik dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
DİN-in mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Lənkəran rayon sakini Elman Sadıxzadədən çəkisi 6 kiloqram 320 qram tiryək aşkar edilib.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Nizami Baxışovun yaşadığı evdən əlavə olaraq çəkisi 380 qram marixuana aşkar edilərək götürülüb. 
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Qəhrəman Hüseynovun həyətyanı sahəsindən dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 34 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı araşdırmalar aparılır.

Sizin Reklam Yeriniz