Əlaqə Arxiv
news Image
2018.05.17
12:58
| A A A
Sabirabad sakinində narkotik vasitə və silah aşkarlanıb

Sabirabad sakinində narkotik vasitə və silah aşkarlanıb.

DİN-dən Movqe.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 20 ədəd “Tramadol”, 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş, çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.

Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz