Əlaqə Arxiv
news Image
2018.06.01
11:49
| A A A
Əhalidən xeyli sayda silah-sursat götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Nəsibovdan “AK” markalı silah, 1 ədəd patron darağı və 22 ədəd patron götürülüb. 

Əldə edilmiş məlumatlar əsasında Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Alçalı kənd sakini Eltac Əkbərovun evindən 1 ədəd, Yenikənd kənd sakini Əvəz Rzayevdən isə 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırmalar aparılır.

Sizin Reklam Yeriniz