Əlaqə Arxiv
news Image
2018.06.01
13:45
| A A A
Səhiyyə Nazirliyi: Bakı-Qazax yolundakı qəzada 18 nəfər yaralanıb, vəziyyətləri ağır deyil

İlkin məlumatlara əsasən, Bakı-Qazax yolunda sərnişin avtobusunun “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşması nəticəsində 18 nəfər xəsarət alıb.

Bunu Trendə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, xəsarət alanların vəziyyəti ağır deyil. Mətbuat xidmətinin məsləhətçisi bildirib ki, xəsarət alanlar Şirvan və Hacıqabul rayon Mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

S.Əhmədova əlavə edib ki, qəza baş verən kimi hadisə yerinə Şirvandan 4, Hacıqabuldan isə 3 təcili tibbi yardım maşını gəlib: "Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanalara çatdırılıblar. Qəza nəticəsində ölən olmayıb".

Sizin Reklam Yeriniz