Əlaqə Arxiv
news Image
2018.06.05
16:27
| A A A
Kanalda batan 17 yaşlı oğlanın cəsədi tapıldı

Mayın 25-də Samur-Abşeron kanalının Qusar rayonu, Urva kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 82 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Nəbiyev Dəyanət Didar oğlunun axtarışları başa çatıb.
 
Bu barədə Movqe.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, D.Nəbiyevin cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Sizin Reklam Yeriniz