Əlaqə Arxiv
news Image
2018.06.05
16:34
| A A A
Dağılan körpünün bərpasına başlanıldı

Üç gün əvvəl Göyçay çayına gələn güclü sel nəticəsində dağılaraq yararsız hala düşən avtomobil körpüsünün bərpasına başlanılıb.

Movqe.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və “Körpübinatikinti” ASC-nin tikinti briqadası və ağır texnikaları artıq 2 gündür dağılan körpünün bərpası ilə məşğuldur. Hazırda körpü dayağı üçün diametri 1000 santimetr olan dəmir borular torpağa basdırılır və çayda suyun kənardan mərkəzə yönəldilməsi üçün suistiqamətləndirici beton bənd inşa edilir. Körpünün bərpası işləri bir neçə ay davam edəcək.

Qeyd edək ki, iyunun 2-də Göyçay çayına gələn güclü sel uzunluğu 76 metr, eni 11,5 metr olan avtombil körpüsünün 15 metrlik hissəsini dağıdıb. Ayın 3-də axşam saatlarında çayda güclü sel axını dayanıb, suyun səviyyəsi aşağı düşərək əvvəlki məcraya qayıdıb və körpünün bərpası üçün işlərə başlanılıb. Hazırda Göyçay şəhərinin şərq hissəsinin əhalisi və 38 kəndin sakinləri rayon mərkəzinə gedib-gəlmək üçün şəhərin şimalındakı köhnə asma piyada körpüsündən və 60 kilometr uzunluğu olan Göyçay-Ucar-Göyçay yolundan istifadə edirlər.

Sizin Reklam Yeriniz