Əlaqə Arxiv
news Image
2018.06.06
12:08
| A A A
Qanunsuz gətirilən mobil telefonlar və aksesuarlar aşkar edilib

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21044" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Movqe.az-ın Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı, avtomobilin gizli saxlanc yerində 5 ədəd "Samsung Galaxy Grand Prime pro 2018", 5 ədəd "Samsung Galaxy J3 2017" markalı mobil telefonlar, 60 ədəd "qulaqcıq", 50 ədəd qidalandırıcı və mobil telefon üçün 30 ədəd qutu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz