Əlaqə Arxiv
news Image
2018.06.06
14:19
| A A A
Lənkəranda 277 ədəd rels altlığının oğurlanaraq satıldığı aşkarlandı

İyunun 5-də Lənkəran Xətt Polis Məntəqəsinin əməkdaşları rayon dəmir yolu stansiyasının ərazisindəki metal qəbulu məntəqəsində qalaqlanmış rels altlıqları aşkar ediblər.

DİN-dən Movqe.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin rels altlıqlarını məntəqəyə rayon sakini Atakişi Həsənzadənin satdığı müəyyən edilib. Metal qəbulu məntəqəsindən ümumilikdə 277 ədəd rels altlığı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz