Əlaqə Arxiv
news Image
2018.06.06
14:27
| A A A
Bakıda qonşusunun evindən 1300 manat oğurlayan şəxs saxlanılıb

İyunun 2-də gecə saatlarında paytaxt sakini Asəf Nuruşov K.Rəhimov küçəsində xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına yaxınlaşaraq evinə naməlum şəxsin oğurluq məqsədi ilə daxil olduğunu bildirib və polislərdən kömək istəyib.

DİN-dən Movqe.az-a verilən məlumata görə, polislər dərhal adekvat reaksiya göstərərək oğurluq niyyəti ilə evə daxil olmaqda şübhəli bilinən şəxsi saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təhvil veriblər. Şöbədə həmin şəxsin Zəngilan rayon sakini Sahil Mahmudov olduğu müəyyən edilib. Onun üzərindən mənzildən oğurladığı 1300 manat pul aşkar olunub.

Saxlanılan şəxs ifadəsində zərərçəkənin qonşusu olduğunu və oğurluq məqsədi ilə mənzilə daxil olduğunu etiraf edib. Qeyd edilən faktla bağlı başlanan araşdırmalar və müvafiq istintaq tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz