Əlaqə Arxiv
news Image
2018.06.07
18:09
| A A A
Sumqayıtda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Sumqayıtda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Movqe.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini T.Əhmədovun “AzSamand” markalı avtomobilindən maqnitofon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Əvvəllər də oğurluğa görə məhkum olunmuş Bakı şəhər sakini olan Rüfət Nağıyevin digər cinayət əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb.

Onun şəhər ərazisində daha 3 avtomobildən mobil telefon və ehtiyat hissələri, habelə 3 nəfərə məxsus velosipedi oğurlaması da müəyyən edilib.

Sizin Reklam Yeriniz