Əlaqə Arxiv
news Image
2018.06.08
13:58
| A A A
İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan Movqe.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və sorğu-sual edilib. O, üzərində gömrük nəzarətinə bəyan olunası əşyanın olmadığını söyləyib.

Lakin yoxlama zamanı, vətəndaşın üzərində - jiletinin cibində 1 cüt sırğa, şalvarının cibində 3 ədəd boyunbağı və 1 cüt sırğa, əl çantasındakı cüzdanın içərisində 3 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd qolbaq, 2 ədəd boyunbağı, şalvarının iç tərəfində isə xüsusi düzəldilmiş cibdə 2 ədəd üzük, 1 ədəd sırğa-üzük dəsti, 1 cüt sırğa, 6 ədəd qolbaq, 1 dəst sırğa-üzük-kulon aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 130,02 qram olan 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz