Əlaqə Arxiv
news Image
2018.06.08
12:07
| A A A
Şamaxıda qəzada xəsarət alanların adları məlum olub - SİYAHI

Şamaxıda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların adları məlum olub. 
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə zamanı 13 nəfər yaralanıb. 
Onlardan biri təcili əməliyyat olunub. 
Xəsarət alan şəxslər bunlardır: Rzayev İlham Baxış oğlu, Rəhimov Qurban Ağakər oğlu, Səmədova Qızılgül Badəddin qızı, Babayev Süleyman Atabala oğlu, Məmmədli İbrahimxəlil, Məmmədov Toğrul, Ömərov Yaqub, Məmmədov Röyal, Darçınova Bəsti, Abdulrəhmanov İlham Akif oğlu, Ağabalayev Humar Talıb oğlu, Zamanova Raidə Zaman qızı və Xəyal Rüstəmov (əməliyyat olunublar).

Qeyd edək ki, hadisə rayonun Mirikənd ərazisində baş verib. Şəkidən Bakıya sərnişin aparan "Ford" markalı mikroavtobus idarəetməni itirərək öncə "Mercedes" markalı avtomobilə çırpılıb, daha sonra yoldan çıxaraq aşıb. Qəza nəticəsində mikroavtobusda olanlardan 8 nəfər - 2 qadın 6 kişi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Sizin Reklam Yeriniz