Əlaqə Arxiv
news Image
2018.06.08
14:26
| A A A
FHN-dən Şamaxıdakı qəza ilə bağlı RƏSMİ MƏLUMAT

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Mirikənd kəndində “Mercedes” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub.
 
Movqe.az-ın  Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, qəza zamanı mikroavtobusda olan 1 nəfər (sərnişin) xəsarət almış və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri yaralını müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.

Sizin Reklam Yeriniz