Əlaqə Arxiv
news Image
2018.06.08
13:28
| A A A
Azərbaycan Uşaqlar Birliyinin sədri polisin nəzarətinə verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin CM-nin  178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2.-ci ( təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, prosesdə hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses ayın 14-nə təyin olunub. 

Xatırladaq ki, cinayət işinin materiallarına əsasən, o 1998-ci ildən Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində çalışan Kəmalə Ağazadə 2015-ci ilin sentyabr-oktyabr aylarında inzibati binada hissə-hissə vətəndaş Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramov və Mahirə Sadıqovanın hər birindən 2100 manat olmaqla, ümumilikdə 7800 manat məbləğində pulu ələ keçirib. 

Qeyd edək ki, istintaq dövründə K.Ağazadə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

Sizin Reklam Yeriniz