Əlaqə Arxiv
news Image
2018.06.08
17:26
| A A A
Əcnəbiyə 77 min manat pul "atan" qadın saxlanıldı

İyunun 7-də Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş 2017-ci ilin fevral ayından cari il mart ayınadək olan müddətdə Sevinc adlı şəxsin paytaxt ərazisində onun alması üçün ev tapacağı adı ilə aldadaraq 77.000 manatını aldığını bildirib.
   
Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilərək saxlanılıb.
 
Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.   

Sizin Reklam Yeriniz