Əlaqə Arxiv
news Image
2018.06.21
14:57
| A A A
DİN Bakıda 3 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Movqe.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 20-də saat 9 radələrində Xəzər rayonunun Dübəndi qəsəbəsi ərazisində Bakı şəhər sakini İsmixan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə onun sərnişinlərindən - qızı Rəna və qardaşının arvadı Sona Əliyeva hadisə yerində ölüb, özü və digər sərnişini - arvadı Narıngül xəstəxanaya yerləşdirilib. İ.Əliyev xəstəxanada ölüb.
 
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz