Əlaqə Arxiv
news Image
2018.06.22
09:27
| A A A
Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlanıb

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Movqe.az report.az-a istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Rəcəbov Eltun Elxan oğlu dostu ilə çay evindən çıxaraq "Ağ Saray" şadlıq evinin həyətyanı ərazisində mübahisə ediblər.

Mübahisənin sonunda dostu E.Rəcəbova iki bıçaq zərbəsi vurub. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Hadisəni törədən şəxs isə ərazini tərk edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz