Əlaqə Arxiv
news Image
2018.06.27
11:28
| A A A
Onu zorlayanı öldürən Nurə Hüseyn edamdan qurtuldu - FOTO

Sudan Ali Şəriət Məhkəməsi 19 yaşlı Nurə Hüseynlə bağlı edam qərarını dəyişib.

Movqe.az milli.az-a istinadən bildirir ki, Nurə Hüseyn ərini qətlə yetirməkdə suçlanıb. İstintaq materiallarına görə, 19 yaşlı qadının əri onu döyüb, sonra təcavüz edib. Bu zaman ərin iki qardaşı Nurənin əl-ayaqlarını tutaraq onu tərpənməyə qoymayıblar.

"Nurə üçün ədalət" (Justice For Noura) kampaniyasını gerçəkləşdirən beynəlxalq "Amnesty International" təşkilatı Sudanın hakimiyyət dairələrini azyaşlılarla və yetkinlik yaşına çatmamışlarla nikahların qarşısının alınması üçün ölkənin ədliyyə sistemində islahatlara, xüsusi qanunun qəbul edilməsinə çağırıb.

 

Nurə Hüseyn 16 yaşında olanda atası onu ərə vermişdi.

Məhkəmənin qərarına görə, Nurə Hüseyn qətlə yetirdiyi ərinin valideynlərinə "qan pulu" qismində 337500 Sudan funtu (12 min dollar) məbləğində təzminat ödəməlidir.

Sizin Reklam Yeriniz