Əlaqə Arxiv
news Image
2018.08.30
16:38
| A A A
Azərbaycanda dəhşət: Ana və qızı vəhşicəsinə qətlə yetirildi

Cəlilabad rayonunun Qarazəncir kəndində dəhşətli qətl hadisəsi qeydə alınıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ötən gün, avqustun 29-da, 1932-ci il təvəllüdlü Firuzə və qızı 1974-cü il təvəllüdlü Sənubər yaşadıqları evdə öldürülüblər.

Firuzənin meyiti evin arxasında, tövlədə doğranmış vəziyyətdə aşkarlanıb.

İlkin araşdırma zamanı hadisənin Bayramov Yaşar Qayıb oğlu tərəfindən törədildiyi müəyyən edilib. Y.Bayramov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb.

Sizin Reklam Yeriniz