BAKIDA KEÇMİŞ MƏHKUMDAN SİLAH-SURSAT GÖTÜRÜLÜB
Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Nəsimi rayon Polis idarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Azər Bağırovdan “Beretta-8000” markalı tapança və 19 ədəd patron götürülüb.