Əlaqə Arxiv
news Image
2018.10.04
11:02
| A A A
Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb

Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidən ağacdan asılı vəziyyətdə tapılıb. 

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.
Qeyd edək ki, Ramiz Azaqov sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri “dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri qönməmişdi.
Faktla bağlı araşdırma aparılır. 

Sizin Reklam Yeriniz