Əlaqə Arxiv
news Image
2018.10.10
11:22
| A A A
İnsan alverində ittiham olunan qadının apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində insan alverində ittiham olunan 1966-cı il təvəllüdlü Xanım İsmayılovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Movqe.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, X.İsmayılovanın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.İsmayılova 9 il müddətinə azadlıqdan məhrum edilib.

report

Sizin Reklam Yeriniz