Əlaqə Arxiv
news Image
2018.10.10
22:19
| A A A
Ölkəyə qanunsuz yolla xeyli miqdarda dərman keçirmək istədilər

Gömrükçülər xeyli miqdarda dərman preparatının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıblar.

DGK-dan Movqe.az-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiya Federasiyasından gələn "Mercedes Benz V280" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin ön və arxa oturacaqlarının altında xüsusi hazırlanmış örtüyün arxasından, yük yerinin qapısının içərisindən və nəqliyyat vasitəsinin alt hissəsində olan boşluqlardan gömrük nəzarətindən gizlədilmiş "Reamberin 500ml", "Sonapaks 25ml", "Sumatriptan 2mg", "Veroşpiron 100mg", "Veroşpiron 50mg", "Azotioprin 50mg", "Alfluton 1ml", "Mimpara 30mg", "Piroksikam 10mg", "Kaliya xlorid 40ml", "Proрусil 50mg", "Kley BF-6 10mg", "Natriya xlorid 1ml", "Qonadotropin xorioniçeskiy 5000ME", "Qonadotropin xorioniceskiy 500ME", "Çerukal5ml", "Metoklopramid 5ml" markalı olmaqla, ümumilikdə 17 adda 31.072 ədəd dərman preparatları və 850 ədəd dərman preparatlarına məxsus qablaşdırma vasitələri (boş qutular və boş plastik qablar) akşar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz