Əlaqə Arxiv
news Image
2018.10.10
15:49
| A A A
Avtomobillərdən oğurluq edən yeniyetmə saxlanıldı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-dən Movqe.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini E.Nəsirovun "London-Taxi" markalı avtomobilindən 70 manat, H.Babaşov küçəsində isə R.Kərimovun "Mercedes" markalı avtomobilindən 600 manat oğurlanması barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciətlər daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə M.Fərəcullayevin "İsuzu" markalı avtomobilindən 120 manat oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Polad Bayramov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Sizin Reklam Yeriniz