Əlaqə Arxiv
news Image
2018.10.16
11:04
| A A A
Türkiyə Baş Prokurorluğu Qaşıqçının öldüyünə dair dəlil tapıb

Türkiyə Baş Prokurorluğunun əməkdaşları səudiyyəli jurnalist Camal Qaşıqçının öldürüldüyünü sübuta yetirə biləcək dəlil tapıblar.

“Report” xəbər verir ki, bu barədə idarədəki mənbəyə istinadən "Al Jazeera" məlumat yayıb.
Telekanal nümayəndəsinin sözlərinə görə, Qaşıqçının Səudiyyə Ərəbistanının Türkiyədəki Baş konsulluğunda öldürülməsi ehtimalı var.
Bundan əvvəl Türkiyə polisinin səudiyyəli jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasına daxil olduğu xəbər verilib.

Sizin Reklam Yeriniz