Əlaqə Arxiv
news Image
2018.10.23
16:44
| A A A
Videodakı oğlan əmisi gəlinini qaçıran deyil - Açıqlama

Xəbər verdiyimiz kimi, Qubada əmisi oğlunun arvadını qaçıran Elşad Əsədov döyülərək qətlə yetirilib. Onun həmkəndliləri tərəfindən döyüldüyü, hadisəni törədən bir neçə nəfərin saxlanıldığı bildirilir.
Son günlər bəzi internet resurslarında Elşad Əsədova aid olduğu güman edilən videogörüntü yayılıb. Həmin kadlarda gənc oğlanın ayaqları bağlanaraq amansızcasına döyüldüyü, təhqir edildiyi aşkar şəkildə görünür.

Movqe.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan videodakı şəxs E.Əsədov deyil. 

"Yayılan videonun adı çəkilən şəxslə heç bir əlaqəsi yoxdur. Orada döyülən şəxs Elşad Əsədov olmayıb. Video gündüz çəkilib. Elşad Əsədov isə axşam saatlarında öldürülüb". 

Qeyd edək ki, oktyabrın 19-da Daxili İşlər Nazirliyinə Quba rayon sakini olan 25 yaşlı Aynur Əsədovanın itkin düşməsi barədə məlumat daxil olub. Araşdırmalar nəticəsində məlum olub ki, onu həyat yoldaşının əmisi oğlu Elşad Əsədov öz razılığı ilə qaçırıb. Bundan hiddətlənən A.Əsədovann qohumları onları Bakıda taparaq kəndə gətiriblər. E.Əzizov etdiyi əmələ görə bir qrup şəxs tərəfindən döyülərək öldürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Sizin Reklam Yeriniz