Əlaqə Arxiv
news Image
2018.10.24
14:12
| A A A
Bakıda 3 qadının evini qarət edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və oğurluqda təqsirləndirilən Aydın Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Muxtarov 12 il azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, A.Muxtarov Tatyana Pisarovanın evinə gedərək onu döyüb və mənzilindən 1884 manat dəyərində qızıl, pul aparıb.

O, həmçinin Aysel Mustafayevanın evinə girərək ordan telefon, 200 manat pul və kosmetik əşyalar, ətirlər götürüb. A.Mustafayevaya 762 manatlıq ziyan dəyib. Daha sonra Nəsibə Əsgərovanın evinə pəncərəni sındıraraq daxil olub və 770 manatlıq oğurluq edib.

Sizin Reklam Yeriniz