Əlaqə Arxiv
news Image
2018.10.24
14:36
| A A A
Qurd xəstəliyi aşkarlanan uşaqlara dərman veriləcək.

Göygöl rayonunda 79 yaşlı kişi hündürlükdən yıxılıb ölüb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Molla Cəlilli kəndi ərazisində baş verib.

Kəlbəcər rayonunun Qılınclı kəndində qeydiyyatda olan, Göygöl rayonunun Murovdağ qəsəbəsində məskunlaşmış, 1939-cu il təvəllüdlü Bayramov Xanlar Bəylər oğlu Molla Cəlilli kəndindəki quşçuluq fermasında nərdivanda elektrik işləri görərkən nərdivanın söykəndiyi şifer qırılıb.

Nəticədə nərdivanın yuxarı hissəsindən yıxılan X.Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Sizin Reklam Yeriniz