Əlaqə Arxiv
news Image
2018.10.25
09:38
| A A A
Bakıda çoxmərtəbəli bina yandı - FOTOLAR

Ötən gecə Bakıda dəhşətli yanğın hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu, Nəriman Nərimanov küçəsindəki çoxmərtəbəli binaların birində qeydə alınıb.

Tikintisi başa çatdırılmayan 16 mərtəbli binanın sonuncu mərtəbəsindəki yanğın gecə saat 02:00 radələrində başlayıb.

 

Yanğınla bağlı FHN-nin məlumatında qeyd olunur ki, çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində quraşdırılmış taxta qəliblər 200 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (Trend)

Sizin Reklam Yeriniz