Əlaqə Arxiv
news Image
2018.10.25
15:48
| A A A
Evlərdən qaz sayğacı oğurlayan şəxs tutulub

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mütəllim Əliyevdən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
DİN-dən verilən xəbərə görə, polis əməkdaşları tərəfindən ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayət əməllərinin də üstü açılıb. 

Belə ki, sentyabr ayından oktyabrın 22-dək olan müddətdə onun rayon ərazisində 12 həyətyanı sahədən qaz sayğaclarını oğurlaması müəyyən edilib. Araşdırma aparılır.

Sizin Reklam Yeriniz