Əlaqə Arxiv
news Image
2018.10.29
18:00
| A A A
Kababı bəyəməyən müştərini kababçı bıçaqladı

Quba rayonunda kafelərdən birində bıçaqlanma olub. 

Movqe.az report-a istinadən xəbər verir ki, kafenin kababçısı Bəhram Cəfərovla müştərisi, Quba şəhər sakini, 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəminində kababçı müştərini bıçaqlayıb.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan report-a verilən məlumata görə, S.Hüseynov sağ qabırğaaltı nahiyəsinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Report hadisənin hansı səbəbdən baş verdiyini araşdırıb. Məlum olub ki, kafenin daimi müştərisi olan Səxavət Hüseynov kabab sifariş verib və stola gələn kababı bəyənməyib. O, kafenin sahibini çağırıb və şikayət edib. Kafenin müdiri kababçını çağıraraq hər kəsin önündə danlayıb. Bundan qəzəblənən kababçı daha sonra müştəriyə yaxınlaşıb və onunla mübahisə edib. Mübahisə zəminində S.Hüseynov bıçaqlanıb. 

 

Qeyd edək ki, kafenin kababçısı əvvəllər məhkum olunub. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz