Əlaqə Arxiv
news Image
2018.10.31
15:15
| A A A
MTN generalının məhkəmə tərkibinə etirazı rədd edildi

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə S.Qurbanovun vəkili Adil İsmayılovun məhkəmə tərkibinə etirazı barədə qərar elan olunub.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra vəkil İqbal Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilməsini tələb edib və təqsirləndirilənlərin şəxsi işlərinin alınmasını istəyib.

Vəsatətlər təmin olunmayıb.

 

Məhkəmə noyabrın 2-də davam edəcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri - Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki idarənin rəisi, general-mayor Natəvan Mirvətova barəsində 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev - 3 il, Elşad Əzizov barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Bundan başqa, təqsirləndiriləndən Eşqin Əliyev və Anar Şirəliyevin cəza müddəti başa çatdığından azadlığa çıxıb.

Sizin Reklam Yeriniz